Qatıqlı toyuq şorbası resepti

Qatıqlı toyuq şorbası resepti
Yeməklər
10.09.2017 43
Tərkibi:

1 ədəd toyuq döş əti

3 xörək qaşığı kərə yağı

1 xörək qaşığı ağ un

4 xörək qaşığı yumru düyü

1 ədəd yumurta

3 xörək qaşığı qatıq

Duz və istiot

İstəyə görə toz-bibər (şirin qırmızı bibər tozu)



Hazırlanması:

Toyuq ətini 6 stəkan suda qaynadın. Bişdiyində sudan çıxardın (suyu ayrı qaba alın) və əlinizlə didin.

Qazanda
2 xörək qaşığı kərə yağı əridin. Əridikdə buraya 1 xörək qaşığı un
əlavə edib tez-tez qarışdıraraq azacıq qızardın. Toyuq suyunu da əlavə
edib qaynadın. Düyünü əlavə edib, bişirin. Şorbanın suyu azdırsa, bir
az qaynar su əlavə edin.

Düyü
bişəndə, bir qabda yumurta və qatığı qarışdırın. Buraya isti toyuq
suyundan bir az əlavə edib yenidən qarışdırın. Alınan qarışığı toyuq
suyuna əlavə edib, dəyanmadan qarışdıraraq qaynadın.

Qaynayanda bişmiş toyuq ətini əlavə edin. Kənara çəkin. Duz və istiot vurun.

Süfrəyə
verməzdən əvvəl bir tavada 1 xörək qaşığı kərə yağını əridin. Yaxşı
qızanda 2 çimdik qırmızı toz-bibər əlavə edib qarışdırın və oddan alın.
Bu qarışığı şorbanın üstünə gəzdirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!