Bağ şorbası resepti

Bağ şorbası resepti
Yeməklər
10.09.2017 11
Tərkibi:

2 xörək qaşığı zeytun yağı

1 diş sarımsaq – xırda-xırda doğrayın

1 ədəd qırmızı baş soğan – xırda-xırda doğrayın

2 ədəd yerkökü – xırda-xırda doğrayın

2 kərəviz sapı – xırda-xırda doğrayın

1 ədəd kabaçok – xırda-xırda doğrayın

1 ədəd balaca pırasa – yuyun və xırda-xırda doğrayın

Yarım çay qaşığı quru oreqano otu (və ya mərzə) – zəruri deyil

1 ədəd dəfnə yarpağı

2 ədəd 400-qramlıq konservləşmiş doğranmış pomidoş (banka deyil, konservdəkindən)

1 ədəd orta boy kartof – kubiklər şəklində kəsin

1 stəkan gülkələmin "gülləri”

1 ədəd 400-qramlır konservləşmiş ağ lobya – süzün (konser yoxrursa, qurusundan bişirin)

4 stəkan tərəvəz suyu (adi suyla da əvəz etmək olar)

Bir ovuc qıvırcıq (kahıya bənzər acımtraq sıx yarpaqlı tərəvəz), yalnız yaşıl hissəsi – doğrayın (2 stəkan alınmalıdır)

Yarım stəkan əllə qırılmış spagetti makaronu

Bir kiçik dəstə ağ reyhan (zəruri deyil)

Duz və istiot

5 xörək qaşığı rəndələnmiş Parmezan pendiri



Hazırlanması:

Iri
qazanda zeytun yağını orta odda qızdırın. Sarımsaq, soğan, yerkökü,
kərəviz, kabaçok, pırasa, oreqano və dəfnə yarpağını əlavə edin. Arada
qarışdıra-qarışdıra təxminən 15 dəqiqə, və yaxud tərəvəzlər
yumuşalanadək bişirin.

Pomidor,
kartof, gülkələm, lobya və tərəvəz suyu (və yaxud adi su) əlavə edin.
Qazanın qapağını bağlayın və qaynadın. 30 dəqiqə də, yaxud kartof
yumuşalanadək bişirin.

Qazana
2 stəkan adi su əlavə edin və qaynadın. Qaynayan kimi, qıvırcıq və
spagetti makaronunu əlavə edib, 10 dəqiqə də bişirin. Makaron
bilməlidir. Əgər şorba qatıdırsa, bir az su əlavə edin.

İstəyə
görə şorbaya əlinizlə xırdalanmış ağ rehyan elavə edib, qarışdırmaq
olar. Düz və istiot vurun. Şorbanı qablara tökün. Ayrı qabra süfrəyə
Parmezan pendiri verin. Hər kəs zövgə görə öz şorbasına pendirdən səpə
bilər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!