Qaymaqlı ispanaq şorbası resepti

Qaymaqlı ispanaq şorbası resepti
Yeməklər
10.09.2017 41
Tərkibi:

Yarım kilo təzə ispanaq və ya 300 qramlıq dondurulmuş ispanaq paketi (mən təzəsindən istifadə edirəm)

4 xörək qaşığı kərə yağı

Yarım stəkan doğranmış baş soğan

3 xörək qaşığı un

5 stəkan toyuq suyu (bulyon) (əvvəlcə 4 stəkanını əlavə edin, gərəkdiyində qalanını də qatın)

Zövqə görə duz

Zövqə görə istiot

1 stəkan süd qaymağı

Bir çimdik yel cevizi tozu (zəruri deyil)



Hazırlanması:

İspanağı
təmizləyin, sərk saplaqlarını kəsin. Yarpaqları iri-iri doğrayın.
Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının
üstünə sərin.

Qazanda
yağı orta odda əridin. Soğanı əlavə edib tez-tez qarışdıra-qarışdıra
şəffaflaşıb yumuşalan, amma qızarmayanadək bişirin. İspanağı buraya
əlavə edin. Tez-tez qarışdıra-qarıçdıra ispanaqlar yumuşalanadək
("ölənədək”).

Üstünə
unu səpin. Qarışdırın. Toyuq suyunu tökün. Tez-tez qarışdıra-qarışdıra
qaynadın. Sonra isə blenderdə püre edin. Alınan püreni qazana geri
tökün. Duz və istiot vurun. İstəyə göə, yel cevizi də əlavə etmək olar.

Qaymağı
qazana əlavə edin. Qarışdırın. Vam odda şorbanı isti vəziyyətə gətirin,
amma qaynatmayın. Şorbanız hazırdır. Əgər şorba çox qatıdırsa, bir az
toyuq suyu əlavə edib qarışdırın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!