Lobya şorbası resepti

Lobya şorbası resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

2 stəkan qaynadılmış quru lobya

1 ədəd qırmızı bibər

1 ədəd sarı bibər

5 stəkan su

2 ədəd soğan

30 qram yağ

1 xörək qaşığı pomidor tomatı

1 xörək qaşığı bibər tomatı

nanə

duz



Hazırlanması:

Rəngli
bibərləri təmizləyib, nazik-nazik doğrayın. Soğanı doğrayıb, yağda
qızardın. Üzərinə su, pomidor və bibər tomatlarını əlavə edib, yaxşıca
qarışdırın. Sonra əvvəlcədən qaynadılmış quru lobya və rəngli bibərləri
əlavə edib, üzərinə bir az duz səpin. Sonra qazanın qapağını örtüb,
qaynadın. Qaynadıqdan sonra sobanın dərəcəsini azaldıb, qazanın qapağı
yarı açıq vəziyyətdə 20 dəqiqə müddətində bişirin.

Kasalara töküb üzərinə nanə səpin. İsti şəkildə süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!