Mini pizza resepti

Mini pizza resepti
Yeməklər
10.09.2017 19
Tərkibi:

Un – 3 stəkan

Qatıq – 4-5 qaşıq

Yumurta – 1 ədəd

Duz – 2 ç/q

Duru yağ – 1 stəkan

Quru maya – 1 paket



Üstü üçün:

Kolbasa-sosis

Qara zeytun

Təzə göbələk

Konservləşdirilmiş qarğıdalı dənələri

Yaşıl bibər

Holland pendiri

Tomat – 1 ç/q

Kəklikotu və duz

Pomidor – 2 ədəd



Hazırlanması:

Xəmiri yoğurun. Unutmayın ki, mini pizza xəmirində sudan qətiyyən istifadə edilmir.

Xəmiri yoğurduqdan sonra isti dəsmala büküb, bir neçə saatlıq dincə qoyun.

Bu vaxt ərzində pizzanın üstü üçün lazım olan ərzaqları doğrayın.

Sonra xəmiri şəkildə gördüyünüz boyda açın.

Mini
xəmirlərin üzərinə əvvəlcə tomat sürtün, sonra sürtgəcdən keçirilmiş
pomidorları kəklikotu və duz ilə qarışdıraraq əlavə edin. Sürtgəcdən
keçirilmiş holland pendirini də səpdikdən sonra xəmirin üzərinə digər
ərzaqları (bibər, kolbasa, sosis, qarğıdalı, qara zeytun, göbələk və s.)
düzün. Ən sonda yenə holland pendirini səpin.

Mini pizzaları əvvəlcədən isidilmiş sobada 185 dərəcə temperaturda pendirlər əriyənə qədər bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!