Qızılgül formalı pizza resepti - FOTO RESEPT

Qızılgül formalı pizza resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 43
Tərkibi:

Xəmir üçün:


500 q un

100 ml isti su

1 st. süd

1 ç. q. şəkər tozu

2 ç.q. quru maya

50 q kərə yağı

duz

istiot



İç üçün:

200 q kolbasa

200 q ət (toyuq, mal, bişmiş, yaxud hisə verilmiş)

300 q bərk pendir

ketçup



Hazırlanması:

Südü qızdırın, ilıq olanda şəkər tozu və mayanı əlavə edin, qarışdırıb 20-30 dəqiqə saxlayın.



Unu
bir ləyənə ələyin, duz, istiot, otaq temperaturunda olan kərə yağı,
ilıq su və gəlmiş mayanı əlavə edin. Elastik xəmir yoğurun.



Ləyəni bitki yağı ilə yağlayıb xəmiri içinə qoyun, üzərinə dəsmal örtüb 2 saat isti yerdə saxlayın.



Bu
müddətdə içi hazırlayın. Zövqünüzə görə istənilən ərzaqdan istifadə edə
bilərsiniz: kolbasa, qiymə, göbələk, duzlu xiyar, qarğıdalı konservi və
s.



Ərzaqları xırda kubik doğrayıb qarışdırın.



Masanın üzərinə un səpin. Xəmiri yayın. Üzərinə ketçup çəkin. İçi döşəyin.



Rulet kimi bükün.



İti bıçaqla dilimləyin.



Sinini yağlayın, pizzaları içinə düzün, yuxarı hissələrini əlinizlə düzəldin (xəmiri bir qədər yana açın).



180 dərəcə qızdırılmış sobanın orta gözündə 35 dəqiqə bişirin, sonra dərəcəni 220-yə qaldırıb daha 5 dəqiqə bişirin.





Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!