Bağlı focaccia pizzası resepti - FOTO RESEPT

Bağlı focaccia pizzası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 13
Tərkibi:

Xəmir üçün:


250 q isti su

500 q un

25 q pivə mayası

5 x.q. zeytun yağı

15 q duz

2 ç.q. şəkər tozu



İç üçün:

200 q nazik dilimlənmiş "Mortadella" kolbasası

5 dilim ərinmiş pendir

bir neçə iri duz dənəsi

rozmarin - zövqə görə



Hazırlanması:

Xəmir:
mayanı balaca ləyənçədə 0,5 st. isti su və 2 ç.q. şəkər tozu ilə
qarışdırın. Üstünə boşqab qoyub üstü köpüklənənədək saxlayın. Duzu qalan
suda (0,5 st.) əridin.



İri
ləyənə un ələyin, ortasında çala açın, gəlmiş mayanı, zeytun yağını,
duzlu suyu əlavə edib xəmir qatın, 10 dəqiqə yoğurun. İsti yerə qoyun,
üzərinə dəsmal çəkib 2-3 saat saxlayın.



Xəmir gələndə onu iki yerə ayırın. Bir hissəsini yayıb zeytun yağı çəkilmiş siniyə döşəyin. Bir neçə yerindən çəngəllə deşin.



Əvvəlcə
nazik mortadella dilimləri (başqa, amma napnazik doğranmış kolbasa da
götürə bilərsiniz), üstündən isə ərinmiş pendir dilimləri düzün.













Xəmirin
qalanını da yayıb pizzanın üzərinə örtün. Qıraqlarını yapışdırın. Yenə
bir neçə yerindən çəngəl batırın. İri duz (zövqə görə) və rozmarin
səpin.

[/center]



180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

[center]





Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!