Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ

Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ
Yeməklər
10.09.2017 39
Tərkibi:

250 q pizza xəmiri

1 fincan tomat sousu

1,5 fincan sürtgəcdən keçirilmiş motsarella pendiri

9 fal salyami

7 fal nazik doğranmış vetçina (başqa kolbasa növü ilə əvəz edə bilərsiniz)

1 yumurta (üstünə)

cəfəri qurusu



Pizza xəmiri (500 q):

1 fincan isti su

2 1/4 ç.q. quru maya

1 x.q. bal və ya şəkər tozu

2 ç.q. duz

2 x.q. bitki yağı

3 fincan un (üstəgəl 0,5 fincan)



Hazırlanması:

Pizza xəmiri: Ləyəndə
isti suda bal və ya şəkər tozunu maya ilə qarışdırın. 10-15 dəqiqə,
üzərində qabarcıqlar əmələ gələnədək saxlayın. Duz, bitki yağı, unun
yarısını əlavə edib qarışdırın. Sonra hissə-hissə unun qalanını əlavə
edib, əlinizə yapışmayanadək xəmir yoğurun.

Elastik olanadək ətləyin. (Əgər mətbəx kombaynınız varsa, xəmiri içinə qoyub 6 dəqiqə yoğura bilərsiniz).



Ləyəni və xəmiri azca bitki yağı ilə yağlayın, üzərinə qida plyonkası çəkib, isti yerdə 1-2 saat saxlayın.



Sobanı 240 dərəcə qızdırın. Sinini bitki yağı ilə yağlayın. Perqament də döşəyə bilərsiniz.



Xəmiri 25x40 sm ölçüdə yayın. Siniyə qoyun.



Sininin 2/3-nə tomat sousu çəkin (kənarlardan 6-7 sm saxlamaq şərtilə).



Sousun üstünə pendirin yarısını səpin. Üstünə kolbasa və vetçinanı düzün, üstündən pendirin qalan yarısını səpin.



Yumurtanı kasada çalın və xəmirin açıq kənarlarına çəkin.



Rulet kimi bükün. Üstünə yumurta çəkin, sürtgəcdən keçirilmiş motsarella, yaxud parmezan pendiri, sonra isə quru cəfəri səpin.



Ruletin üzərini 4-5 sm-dən bir iti bıçaqla çərtin.



Sobada 10-12 dəqiqə bişirin. Hazır olandan sonra 5 dəqiqə soyudun, sonra isə doğrayın.



Süfrəyə tomat sousu ilə verə bilərsiniz.



















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!