Yunan pizzası resepti

Yunan pizzası resepti
Yeməklər
10.09.2017 17
Tərkibi:

250 q hazır pizza xəmiri

180 q motsarella pendiri

80 q pizza sousu (tomat)

50 q xiyar

50 q Feta pendiri

50 q bolqar bibəri

40 q kahı yarpağı

80 q pomidor

10 q qara zeytun

10 ml zeytun yağı



Hazırlanması:

Xiyarı, bolqar bibərlərini yuyub təmizləyin. Sonra ortaboy kubik doğrayın.



Kahı yarpaqlarını yuyub qurudun. Əlinizlə bir neçə parçaya bölün.



Pomidorları yuyub fal-fal doğrayın.



Pizza
xəmirini nazik yumru yayın. (Hazır xəmir tapmamısınızsa, buradakı
reseptdən faydalana bilərsiniz). Üzərinə tomat sousu çəkin. Sürtgəcdən
keçirilmiş motsarella pendiri səpin. Bərabər qaydada pomidor və bolqar
bibərlərini düzün.



Pizzanı pizza sobasında 400 dərəcədə bişirin.



Hazır pizzanı 8 yerə bölün.



Üzərinə xiyar, kahı yarpağı, zeytun, ortaboy kubik doğranmış Feta pendiri düzün. Kənarlarına zeytun yağı çəkin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!