Havay pizzası resepti - FOTO RESEPT

Havay pizzası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 12
Tərkibi (30 sm ölçüdə 3 pizza üçün):

Xəmir üçün:


250 ml süd

7-10 q quru maya, yaxud 50 q yaş maya

3 ç.q. şəkər tozu

5 x.q. bitki yağı

2 yumurta

500-550 q un

duz



İç üçün:

ketçup və tomat pastası

ananas konservi

vetçina və ya kolbasa, sosis

pendir



Hazırlanması:

Mayanı
isti süddə əridin, şəkər tozu əlavə edib qarışdırın, isti yerə qoyun.
15 dəqiqəyə şişməlidir. Yumurtanı azca çalın, duz vurun. Bitki yağı
əlavə edib qarışdırın. Oparanı (şişmiş mayanı) əlavə edib qarışdırın. Un
əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərini sellofanla örtüb isti
yerə qoyun. Bunun üçün bir cama qaynar su töküb xəmir olan qabı onun
üzərinə qoya bilərsiniz (su xəmir olan qabın altına dəyməmək şərtilə).
Təxminən 30 dəqiqəyə xəmir gəlir.

































Vetçina və ya kolbasanı (sosisi) saman kimi, yaxud da kubik doğrayın. Pendiri sürtgəcin xırda gözündən keçirin.









Xəmiri
3-4 mm qalınlıqda yayın. Yağlanmış dairəvi siniyə qoyun. Üzərinə ketçup
və ya tomat pastası çəkin. Ananas və vetçinanı (kolbasanı) üzərinə
döşəyin. Pendiri üstündən səpin.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!