Kənd pizzası resepti - FOTO RESEPT

Kənd pizzası resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 9
Tərkibi:

Xəmir üçün:


250 ml süd

2 x.q. şəkər tozu

11 q quru maya

125 q kərə yağı

350-400 q un

0,5 ç.q. duz



İç üçün:

250 q kəsmik

100 q göyərti (soğan və şüyüd)

200-250 q bişmiş toyuq filesi

100 q pendir

duz

qara istiot

1 x.q. mannı



Hazırlanması:

Bir kasada 0,5 st. isti su və ya südü 1 x.q. un, 1 x.q. şəkər tozu və maya ilə qarışdırın. İsti yerdə 7-10 dəqiqə saxlayın.

[/center]



Dərin
ləyənə un ələyin, isti süd, əridilmiş yağ və baratanı, duz və şəkər
tozunu əlavə edin, yoğurun. İsti yerdə 1-1,5 saat, həcmi iki dəfə
qalxanadək saxlayın. Bu müddət keçdikdən sonra ətləyin, daha 30-40
dəqiqə şişməsini gözləyin.

[center]




Xəmiri iki yerə bölün. Hər birini 1 sm qalınlıqda yayın (28 sm diametrdə), perqament döşənmiş siniyə qoyun.



İç: göyərtini xırda doğrayıb kəsmik, duz və istiotla qarışdırın. Toyuq ətini didin. Pendiri sürtgəcin iri gözündən keçirin.

[/center]



Xəmirin üzərinə mannı səpin (xəmir sulanmasın deyə). Əvvəlcə göyərtili kəsmiyi döşəyin, sonra toyuq ətini düzün, pendir səpin.

[center]







200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızaranadək bişirin.

[center][/center]

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!