Ərikli quzu şiş-kabab resepti

Ərikli quzu şiş-kabab resepti
Yeməklər
10.09.2017 13
Tərkibi:

1 kq quzu əti

Şiş

10 ədəd quru ərik

10 ədəd uzun şirin bibər

8 ədəd pomidor

3 ədəd quru soğan

2 ədəd pomidor

1 çay qaşığı qara bibər

1 çay qaşığı duz



Hazırlanması:

Ərikləri
15-20 dəqiqə suda gözlədin, süzdükdən sonra 4 hissəyə bölün. Quru
soğanları çox incə doğrayın ya da rəndələyin. Pomidorları da çox incə
doğrayın və ətləri bu qarışığın içinə atın. Duzunu və qara bibərini də
səpdikdən sonra əlinizlə qarışdırıb ağızını bağlayaraq soyuducuya qoyun.
Şişləri önünüzə alın. Ən alta əti keçirin, sonra 2-3 sm qalınlığında
doğranmış bibərlərdən bir ədədini, onun üstünə dördə bölünmüş
pomidorlardan birini və ən son əriyi keçirin.

Tək
bir şişə bu sıralamanı iki dəfə edin, amma ikinci əriyin üzərinə bir ət
keçirib bitirməyi unutmayın. Soba qızartmasında və ya manqalda bişirə
bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!