Bodrum kababı resepti

Bodrum kababı resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:

6 ədəd kartof

750 qr. uzunsov döyülmüş doğranmış ətlər

1 yemək qaşığı kərə yağı

2 yemək qaşığı zeytunyağı

1 yemək qaşığı tomat pastası

1 şirin qaşığı bibər pastası

1 soğan

Duz, istiot, kəklikotu

1.5 su stəkanı isti su



Ətin yumşalması üçün sousu:

2 yemək qaşığı duru yağ

1 çay stəkanı süd

1 çay stəkanı soda

2 diş rəndələnmiş sarımsaq

1 çay qaşığı qara bibər



Üzəri üçün:

500 qr. süzmə qatıq

1 diş sarımsaq

Doğranmış cəfəri



Hazırlanması:

Ətlərinizi incə uzun şəkildə doğrayın, sousda isladın və ən az 6 saat sousda yumşalana qədər saxlayın.

Kartoflarımızı soyub, kibrit çöpü şəkildə doğrayın. Sonrada duzlu suda isladın.

Qatığımızı 1 qəhvə fincanı su ilə çırpın və içinə sarmısağını əlavə edib, yaxşıca qarışdırın.

Yumşalmış
olan ətlərinizi yaxşıca süzün, kərəyağını və zeytun yağı dayaz bir
tavaya qoyun, yaxşıca isinincə içinə ətləri əlavə edin və suyunu
verməsinə icazə vermədən yüksək atəşdə qovurun.

Qovrulan ətlərinizə incə doğranmış soğanı əlavə edin və təkrar yaxşıca qovurun.

Daha sonrada tomatlarını və ədviyyatlarını əlavə edib, təkrar qarışdırın.

5 dəqiqə beləcə bişirdikdən, sonrada 1,5 stəkan isti suyunuzu əlavə edib,

ətlərinizi qısıq atəşdə, yaxşıca bişməyə buraxın.

Ətləriniz bişincə və suyunu çəkib yağına təkrar minincə, ocağı bağlayın.

(1,5 stəkan isti su adətən çatır, amma ətinizin bişməsinə görə bir az daha əlavəliyə bilərik.)

Ətlerimiz
servis üçün hazırdı. Kibrit çöpü böyüklüyündə doğradığınız kartofları
sudan çıxarın, yaxşıca süzün və kağız dəsmalın arasında yaxşıca
qurulayın sonrada bol duru yağda xırtıldayana qədər qızardın. İndi artıq
bütün ərzaqlarımız hazırdı. Genişcə bir servis qabına əvvəl kartofları,
sonrada üzərinə qatığımızı qoyun, onun üzərinədə ətlərinizi qoyub, ən
üstünə incə qıyılmış cəfərilərimizi səpin və heç gözlətmədən isti isti
servis edin. Bu yeməyi hazırlayarkən servisi hazırladıqdan dərhal sonra
isti olaraq qoymağa diqqət yetirin, yoxsa kartoflarımız yumşalar,
xırtıldayan olmaz və yeməyiniz istədiyiniz ləzzətdə olmaz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!