Sobada badımcanlı ət kababı resepti

Sobada badımcanlı ət kababı resepti
Yeməklər
10.09.2017 9
Tərkibi:

1 kq.dana, qoyun qarışıq 2 dəfə çəkilmiş qıyma

Zövqə görə 100 qr. quyruq yağı

8 ədəd kəmər badımcan

6 ədəd pomidor

4 ədəd yaşıl bibər

3 çay qaşığı qırmızı pul bibər

Duz

Qara bibər

3 yemək qaşığı duru yağ

50 qr.kərəyağı



Hazırlanması:

Badımcanları
5-6 sm. qalınlığında xalqa xalqa doğramaq və duzlu suda isladın. 1 saat
qədər gözlədin, acısı çıxsın.Sonrada yaxşıca süzün.

Qıymanı, 2 çay qaşığı qara bibər, 2 çay qaşığı qırmızı pul bibər, 3 yemək qaşığı su və 2 çay qaşığı duzla yaxşıca yoğurun.

Normalda quyruq yağından qoyulur, daha ləzzətli olar. Amma sevmirsinizsə, qoymayadabilərsiniz.

Sonrada doğradığınız badımcanların boyunda yumru küftələr edib, hazırlayın.

Böyük bir soba list qabını və ya yumru bir list qabını yüngülcə yağlayın.

Sonrada doğranmış badımcanları və küftəni sırayla düzün. (Bir badımcan, bir küftə sırasıyla)

List dolunca küftə və badımcanların üzərinə pomidorları dördə bölüb, bibərləri uzun uzun kəsib qoyun.

Hazırladığınız kabab üzərinə 2 çay qaşığı qırmızı pul bibər, 2 çay qaşığı duz səpin və 3 yemək qaşığı duru yağını tökün.

Sonra əvvəlcədən qızdırılmış 200 dərəcə sobada 55 dəqiqə və ya 1 saat 15 dəqiqə qədər bişirin.

Bişməyə
yaxın, son 15 dəqiqə üzərinə doğranmış kərəyağlarını qoyun və sonrada
üzərini Aliminyum folqoyla bağlayın bir azda elə bişirin.



Qeyd: Bişmə müddəti Sobanıza görə dəyişə bilər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!