Qiyməli türk kababı resepti

Qiyməli türk kababı resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:

Dana ətinin qiyməsi 400 qr

Badımcan 4 ədəd

Qatıq 5 x/q

Sarımsaq 2 diş

Kərə yağı 2 x/q

Zeytun yağı 2 x/q

Pomidor 1 ədəd

Uzun bibər 1 ədəd

Doğranmış cəfəri

Qarabibər

Duz

İstiot



Hazırlanması:

Uzun bibərlə və pomidoru sobada 180 dərəcədə bişirin. Badımcanları pörtlədib, soyun, duz-istiot vurub, doğrayın.

Tavaya zeytun yağını töküb, qızdırın. Sonra qiyməyə duz və qarabibər vuraraq, qovurun.

Ayrı bir tavada isə 1 xörək qaşığı kərə yağını əridin. Doğranmış sarımsaqla badımcanı həmin tavada azca qızardın.

Tavadan götürdükdən sonra badımcanları qatıqla qarışdırın. Əvvəlcə badımcanı qaba yayın.

Üzərinə qovrulmuş qiymə və bir qədər doğranmış cəfəri səpin. Boşqabın qıraqlarına pomidor və bibərləri düzün.

Üzərinə isə tavada əridilmiş 1 x/q kərə yağı gəzdirib, süfrəyə verə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!