Sim sim kababı resepti

Sim sim kababı resepti
Yeməklər
10.09.2017 27
Tərkibi:

100 q dana əti

100 quzu əti

2 badımcan

lavaş

1 ç.q. kərə yağı

1 x.q. soya sousu

1 ç.q. küncüt

duz



Əlavə:

qatıq

közlənmiş pomidor və acı istiot



Hazırlanması:

Ətləri
iri bıçaqla yaxşıca döyün (xırdalayın). Duz vurub yoğurun. Enli kabab
şişlərinə çəkin. Manqalda bişirin. Əgər manqal və ya şişiniz yoxdursa, o
zaman əlinizlə lülə-kabab şəkli verərək siniyə düzüb sobada bişirin.



Badımcanı
közləyib qabığını soyun, xırda doğrayın. Yuxanı açıb badımcanı 3 sm
qalınlıqda içinə yayın. Bişmiş əti üstünə qoyub rulet kimi bükün. Sonra
bərabər dilimlərə doğrayın. Siniyə düzün. Kərə yağını əridin, soya sousu
ilə birlikdə üzərinə gəzdirin, küncüt səpin. Sobada bir neçə dəqiqə
bişirin.



Qatıq, közlənmiş pomidor və acı istiotla birlikdə süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!