Dolma kababı resepti - FOTO RESEPT

Dolma kababı resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 13
Tərkibi:

1-1,5 kq qiymə

500 q quyruq

soğan

duz

istiot

nanə

reyhan

keşniş toxumu

qara istiot

üyüdülmüş zirə

iç piyi - bükmək üçün



Hazırlanması:

Əti bıçaqla xırdalayın - qiymə halına düşənədək.





Quyruğu və soğanı da xırdalayın.



Ədviyyatı zövqünüzə görə seçin, məsələn, nanə, reyhan, keşniş toxumu, qara istiot və zirə ilə dadlı olur.





Qiyməni qarışdırın, amma lülə-kababdakı kimi çox yox.



İç piyini (pərdə) masanın üstünə sərin. Üstünə tənək yarpaqları düzün.





Bir tərəfindən qiyməni qoyub rulet kimi bükün.





Ruletləri qida plyonkasına bükün. Çalışın, hamar alınsın, plyonkanın uclarını düyün.





Hazır ruletləri təxminən 0 dərəcə Selsiyədək soyudun.



Bıçaqla kəsilməli olanda 2-3 sm enində doğrayın, şişə taxın. Yaxşı donubsa, içinin qiyməsi tökülməməlidir. Manqalda bişirin.





Süfrəyə sarımsaqlı qatıq və təzə göyərti ilə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!