Soğanlı İsgəndər kababı resepti

Soğanlı İsgəndər kababı resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:

500 q mal əti (bifşteks üçün)

2 ədəd balaca pide

2 x.q. bibər pastası

1 baş soğan (sürtgəcdən keçirilib suyu sıxılmış)

pomidor

acı istiot



Hazırlanması:

Əti
buz dolabında təxminən yarım saat saxlayın. Çox nazik doğrayın (dönər
əti qalınlıqda). Soğan suyunda 2-3 saat saxlayın. Sonra tefal tavada
bitki yağında qarışdıraraq qızardın.

Pidelərin üzərinə azca kərə yağı çəkib sobada azca qızaranadək qızdırın.

Bibər
pastasını azca bitki yağı ilə qarışdırın. Azca qaynar su tökün, çox
sulu olmayacaq dərəcədə azca qaynadın. İstəsəniz, ədviyyat, göyərti
qurusu vura bilərsiniz.

Qızdırılmış
pideləri boşqaba qoyun. Üzərinə azacıq pastalı sousdan gəzdirin.
Üzərinə ət düzüb yenə sous əlavə edin. Pomidor və acı istiotla, bibərlə
bəzəyə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!