Əli nazik kababı resepti

Əli nazik kababı resepti
Yeməklər
10.09.2017 7
Tərkibi:

3 badımcan

2 pomidor

1 limonun suyu

250 qram çəkilmiş quzu əti

2-3 diş sarımsaq

4-5 cəfəri

4-5 bibər

0,5 kiloqram qatıq

1 qaşıq kərə yağı

Nanə

Duz

Qara bibər

Kəklikotu

Pul bibər



Hazırlanması:

Badımcanları
gözləyin, sonra soyub limonlu suya qoyun. Döyülmüş quzu ətinə duz, qara
bibər, cəfəri, nanə, kəklikotu və 1 din sarımsağı yaxşıca doğrayaraq
əlavə edin. Daha sonra doğranmış ispanağı əlavə edərək yaxşıca yoğurun.



Ətdən qoz böyüklükdə parçalar qopararaq uzun, yastı küftələr hazırlayın və şişə keçirin.

Teflon tavaya yağ tökün, isidin, ət parçalarını orada ahəstə şəkildə qızardın.

Badımcanları incə şəkildə doğrayın, üzərinə sarımsaqlı qatıq töküb qarışdırın.

Bişmiş küftələri badımcanın üzərinə əlavə edin, pomidor və bibərlə bəzəyin. İstəsəniz, pomidor və bibəri də közləyə bilərsiniz.

Kərə yağına pul bibər əlavvə edərək əridin və küftələrin üzərinə tökün.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!