Tikə kabab resepti

Tikə kabab resepti
Yeməklər
10.09.2017 38
Tərkib:

350 q qoyun əti,

60 q baş soğan,

40 q göy soğan,

10 q cəfəri və reynan,

3 q sumaq yaxud 5 q narşərab

istiot,

duz.



Hazırlanması:


Tikə
kabab hazırlamaq üçün qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr
kəsilib şişə taxılır. Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş
kümür üzərində qızardılır. Qoyun əti şişə taxılan zaman həm yağlı, həm
yağsız tikələr götürülməlidir.



Tikə
kabab bişirmək üçün manqaldan istifadə olunur. Manqalda tikə
kababyanmaması üçün odun sönüb köz düşməsini gözləmək lazımdır. Bu zaman
tikə kabab yanmaz və ləzzətli olur.



Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir. Şişlər arabir çevrilməlidir.



Tikə
kababı hazır olandan dərhal sonra (ortalama 5 dəq) süfrəyə
verilməlidir. Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə
çöp şəklində doğranmış göy soğan süfrəyə verilir. Bundan başqa tikə
kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş
istiot, duz qoyulur. Yay zamanı tikə kababın hər payına 100 q şişdə
qızardılmış pomidor əlavə edilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!