Manqalda göbələk kababı resepti

Manqalda göbələk kababı resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:

Göbələk

Duz



Hazırlanması:

Əvvəlcə manqal yandırılır. Köz düşməsi gözlənilir.



Manqalda
göbələk kababı bişirmək üçün manqal odlu olmamalıdır. Köz düşüb
temperatur biraz azaldıqdan sonra kababı bişirmək olar. Əks təqdirdə
göbələk yanar.



Manqal
yanarkən göbələklər təmizlənir və ayıtlanır. Bundan sonra geniş bir
qabın içərisinə su doldurulur və göbələklər də buraya suya qoyulub
gözlədilir. Bunu etməkdə məqsəd odur ki, aralarda qalan torpaq
dənəcikləri suya qarışıb qabın dibinə hopur. Bundan sonra göbələklər
təmiz su ilə yaxşıca yuyulur. Təmizlənib duru su ilə durulandıqdan sonra
bir aşsüzənə qoyulur. Suyunu tamamən çəkir



Közü
düşən manqalın üzərinə izqara qoyulur. Göbələklərin papaqcıqları
tərsinə ( yəni üzü yuxarı gələcək şəkildə) düzülür. Üzərlərinə biraz
duz səpilir. Göbələklər bişdikcə papaqcıqların içərisinə su dolmağa
başlayır.



Bişmə zamanı göbələklərin ağ rəngi dəyirib tündləşir.



Süfrəyə isti – isti və içərisindəki su dağılmadan servis edilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!