Plovlu tas kababı resepti

Plovlu tas kababı resepti
Yeməklər
10.09.2017 9
Tərkibi:

400 qr. quşbaşı ət,

1 ədəd orta boy kartof,

3 ədəd uzunsov bibər,

1 ədəd quru soğan,

2 ədəd böyük pomidor,

6-7 ədəd soğan,

5 diş sarımsaq,

1 çay qaşığı təzə çəkilmiş istiot,

1 x.qaşığı bibər sousu,

1 çay qaşığı pomidor sosu,

3 x.qaşığı zeytun yağı,

1 çay qaşığı duz,

2 su stəkanı düyü,

1 dəstə cəfəri,



Hazırlanması:

Plovlu tas kababı hazırlamaq üçün kiçik doğranmış ət tikələrini tavaya alın və üzərinə yağı əlavə edin.

Rəngi dönənə qədər qovurun.

Doğranmış soğanları, kub şəklində doğranmış kartofları, doğranmış uzunsov bibərləri də əlavə edin.

Bu şəkildə 2 dəqiqə qovurun.

Sosu da əlavə edib qovurmaga davam edin.

Pomidorun qabıqlarını soyun və incəcik doğrayın.

Soslar yaxşıca qovrulunca pomidorları tavaya əlavə edin.

Əgər
duz azdırsa bir az duz, təzə çəkilmiş istiot və dilimlənmiş
sarımsaqları əlavə edib tavanın qapağını bağlayın vam odda kababı
bişməyə buraxın.

15-20 dəqiqə sonra bişən plovlu tas kababı iocaqdan alın.

Kababı istiyə dayanıqlı bir qabın içərisinə gözəlcə yerləşdirin.

Həmin qabı tasın üzərinə qoyun.

Əvvəldən yaxşıca yuyub, suyunu süzdüyünüz düyünü qabın ətrafına gözəlcə yerləşdirin.

Düyülərin
üzərini keçəcək qədər isti su əlavə edin və tavanın qapağını bağlayıb
əvvəl yüksək odda, plov qaynadıqda atəşi azaldaraq vam odda bişməyə
qoyun.

Tas kababının duzu, yağı bişmə əsnasında plova keçəcəyi üçün, əlavə duz və ya yağ əlavə etmənizə ehtiyac yoxdur.

Plov bişincə ocaqdan alın və üzərinə incə qıyılmış cəfəri səpərək servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!