Tava kabab resepti

Tava kabab resepti
Yeməklər
10.09.2017 14
Tərkibi:

Hər payına:


220 q qoyun əti,

30 q ərinmiş yağ,

40 q baş soğan,

2 ədəd yumurta,

5 q qənd,

10 q sirkə,

25 q keşniş və şüyüd

istiot,

duz.



Hazırlanması:

Yumşaq
qoyun əti və soğan ətçəkən maşından keçirilib qiymə hazırlanır, duz,
istiot vurulub ciddi qarışdırılır. Girdə bitoçka formasında (hər payda
3-4 ədəd) salınır. Bitoçkalar tavada yağda qızardılır. Narın doğranmış
soğan ayrı tavada qızardılıb içinə sirkə, qənd vurulur. Süfrəyə
verilməzdən əvvəl bitoçkaların üstünə çalınmış və narın doğranmış
göyərti qarışdırılmış yumurta, soğandan hazırlanmış xörək şirəsi tökülür
və bunlar hamısı hazır vəziyyvtə gətirilir, xörəyin üstünə göyərti
səpilir.



Tava-kababa
kartof əlavə edilən hallarda, bitoçkalar yenə yuxarıda göstərilən
qaydada hazırlanır. Bunun üçün kartof soyulub dilim şəklində doğranır və
yağda qızardılıb bitoçkaların yanına düzülür. Bunların üstünə göyərti
ilə qatışdırılıb çalınmış yumurta, xörək şirəsi tükülüb isti duxovkada
bişirilir. Süfrəyə verilən zaman tava-kababın üstünə göyərti səpilir.



Yayda tava kababın hər payına 50 q pomidor əlavə edilir. Belə olduqda qənd və sirkəyə ehtiyac qalmır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!