Bostan kababı resepti

Bostan kababı resepti
Yeməklər
10.09.2017 6
Tərkibi:

2 ədəd badımcan

2 stəkan maye yağ



İçliyi üçün:

0,5 kq. kiçik doğranmış ət

1 qaşıq tomat püresi

1 qaşıq bibər püresi

1 ədəd böyük soğan

2 yemək qaşığı kərə yağı

2 yemək qaşığı maye yağ

1 kiçik qaşıq duz

1 kiçik qaşıq istiot

1 kiçik qaşıq qırmızı bibər

1 kiçik qaşıq kəkotu qurusu



Sos üçün:

Pomidor (üzəri üçün)

Bibər (üzəri üçün)

2 ədəd pomidor (sos üçün)

1 çay qaşığı tomat püresi (sos üçün)

2 yemək qaşığı maye yağ (sos üçün)



Hazırlanması:

Badımcanı
eninə ortadan iki yerə bölün. Alacalı olaraq soyun. Bundan sonra
soyulub ortadan kəsdiyiniz badımcanları 30 dəqiqə duzlu suda gözlədin.
Bundan sonra suyunu süün və qurulayın. Bir qaşıq vasitəsi ilə
badımcanların içərisini yüngülcə oyun.

Maye yağı isidin. Badımcanları burada o üz – bu üzünə çevirə çevirə yandırmadan qızardın.

Qızartdığınız badımcanları süfrə kağızının üzərinə qoyun. Burada artıq yağlar süzüləcək.

Badımcanlar
burada soyuyarkən, içlik üçün kərə yağı və maye yağı qazana qoyun.
Üzərinə doğranmış soğanı əlavə edin. Soğan qovrulmağa başladıqda
bunların üzərinə ət və tomatı da əlavə edib qabağını qapatın. İçlik
bişdikdən sonra duz və ədviyyatını da istəyə görə vurub ocağın üzərindən
götürün.

Bostan
kababı üçün əvvəlcədən qızartdığımız badımcanları duxovka sinisinə
düzün. Sonra hazırladığımız içliyi badımcanların üzərinə yerləşdirin.
Yumru dilimlənmiş pomidor və bibər ilə də üzərini bəzəyin.



Sosu hazırlanması:

Tavaya
yağı qoyun. Üzərinə tomat püresini əlavə edin və qovurun. Qabığı
soyulmu, kub formasında doğranmış pomidorarı da buraya əlavə edin və
qapağını örtün. Vam odda pomidorlar tamemən bişənə qədər gözləyin. Bişən
sosu da badımcanların üzərinə əlavə edin.

Bundan sonra bostan kababı sinisini fırın kağızı və ya aluminium folyo ilə qapatın. Duxovkanı əvvəlcədən 200 dərəcəyə isidin.

200 dərəcəyə isidilmiş duxovkada kababı 10-15 dəqiqə bişirib servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!