Padişah kababı resepti

Padişah kababı resepti
Yeməklər
10.09.2017 50
Tərkibi:

400 q quşbaşı quzu əti,

100 q quyruq yağı,

2 diş sarımsaq,

Qərarında qırmızı pul bibər,

Duz,



Qarnitür üçün:

3 dənə pomidor,

1 dənə qırmızı bibər,

5 dənə qırmızı soğan,

1 dəstə cəfəri,

Lazım olan qədər lavaş,

Narşərabı,

Zeytun yağı,



Hazırlanması:

Quzu quşbaşı ətini incə bir şəkildə doğrayın.

Əti maşında çəkin.

Duz və pul bibər qatıb yoğurun.

Taxta şişlərə yığıb yağlanmış fırın sinisinə yığın.

Əvvəlcədən 240 dərəcə qızdırılmış fırında bişirin.

Qarnitürü üçün, pomidorları soyun.

Kiçik bir şəkildə doğrayın.

Qırmızı soğan, qırmızı bibər və cəfərini doğrayın.

Pomidorlarla birlikdə qarışdırma qabına qoyun.

Duz, zeytun yağı və nar şərabı qatıb qarışdırın.

Servis tabağına lavaş və qarnitürü qoyun. Üzərinə kababları yerləşdirib servis edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!