Qoyun ətindən tikə kabab resepti - FOTO RESEPT

Qoyun ətindən tikə kabab resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 13
Tərkibi:

800 qr - 1 kq qoyun əti

500 qr - 1 kq baş soğan

zövqə görə kəklikotu

badımcan

pomidor

duz

istiot



Hazırlanması:

1. İnqredientlər hazırlanır. Ət kəsilir, soğan yarımdairə formasında doğranılır.



2.
Kababın yaxşı alınmasının ilk səbəbkarı məhz ətin düzgün qaydada
basdırma edilməsidir. Bunun üçün qazanın dibinə soğanlar düzülür,
onlaırn üzərinə isə ayrı-ayrılıqda dulzanmış və istiotlanmış ət
tikələri.



3. Ətin üzərindən daha bir lay doğranmış soğan düzülür.



4. Sonra yenidən ikinci lay ət və üzərinə bir daha soğan.



5.
Bu etaplarda zövqə görə hər bir ət tikəsinə kəklikotu əlavə edilə
bilər. Qazanın qapağı bağlanıb 24 saatlıq soyuducuya yerləşdirilir. Bir
sutkadan sonra görsənir ki ət özünü tutub və kababa hazırdır.



6.
Ət tikələri şişlərə taxılır. Ətlərimiz yağlı olduğundan, əlavə olaraq
aralarına qoyun piyi doldurulmasına ehtiyyac yoxdur. Qoyun kababına
qarnir kimi badımcan və pomidor kababı uyğun olduğu üçün, əlavə iki şiş
pomidor və badımcan hazır edilir.



7.
Manqalda qızmar kömür üzərində, daim çevirərək bişirilir. Bişirərkən,
yağlar alovlana bilər, belə hallarda əl altında duzlu suyun olması
gərəkdir ki, kömür alovlandıqca duzlu su ilə alov söndürülsün.



8. Qoyun ətinin zərif olmasından asılı olaraq, həmçinin zamanında manqaldan çıxarılan kabab sulu və çox dadlı alınır.



9. Kabab süfrəyə verildikdə, çox vaxt yanında nardan hazırlanan sous - narşərab əlavə edilir.



























































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!