Toyuqlu boxça kababı resepti

Toyuqlu boxça kababı resepti
Yeməklər
10.09.2017 18
Tərkibi:

700 q toyuq

1 qırmızı istiot

1 dəstə ispanaq

3 diş sarımsaq

1 su stəkanı süd

1 xörək qaşığı un

1 xörək qaşığı kərə yağı

Zeytun yağı

Duz

İstiot



Blinçik üçün:

1,5 su stəkanı süd

3 yumurta

1 çay stəkanı duru yağ

Duz

Aldığı qədər un



Üzəri üçün:

Kaşar pendiri rəndəsi



Hazırlanması:

Toyuq
ətini kiçik tikə şəklində doğrayırıq. Qırmızı istiotu küp küp
doğrayırıq. Sarımsaqları da doğrayırıq. Tavaya zeytun yağı tökürük və
toyuq ətini qoyub qovururqToyuq əti suyunu qoyub çəkəndə sarımsaq və
qırmızı bibəri də əlavə edirik və qovururuq İspanaqları doğrayırıq,
əvvəl köklərini tavaya qoyuruq. Unu və kərə yağını əlavə edib qovururuq.
Sonra ispanaq yarpaqlarını və südü əlavə edirik. Bir az qovururuq və
südü tamamilə çəkəndə duzunu və qara bibəri qoyuruq. Qarışdırıb qzı
bağlayırıq.



Blinçik
üçün; Qarışdırma qabına yumurtaları qırırıq. Südü və duru yağı tökürük.
Duzunu atıb çırpma teliylə qarışdırırıq. Xörək qaşığı ilə un qoyuruq və
qarışdırırıq. Blinçikin tavaya ilk yürüş üçün bir az duru yağla
yağlayırıq. Qaşıqla blinçik xəmrindən qoyuruq və ocaq üstündə bişiririk.
Blinçikin altı bişəndə əksini çeviririk. İki tərəfi də bişən
blinçikləri dəzgaha düzürük blinçik xəmri qurtarana qədər bişirməyə
davam edirik.blinçikin içinə toyuq xərci bölüşdürürük. Blinçikin əvvəl
kənarlarını bağlayıb piroq kimi rulon bürüyürük. Yağlanmış soba qabına
bükdüyümüz blinçiklərii düzürük Kaşar pendirini rəndələyirik və blinçik
üzərinə bölüşdürürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!