Sobada beşamel souslu musakka resepti

Sobada beşamel souslu musakka resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:

badımcan (bir neçə ədəd)

1 ədəd toyuq filesi

1 ədəd soğan

1 ədəd yaşıl bibər

2 ədəd pomidor

duz, istiot

kəklikotu



Beşamel sousu üçün:

2 xörk qaşığı kərə yağı

2 xörək qaşığı un

2 stəkan süd,duz, istiot



Hazırlanması:

Əvvəlcə badımcanı halqa-halqa doğrayıb duzlu suda gözlədib suyunu
süzürük. Yağ, duz və qara istotla qarışdırıb soba nimçəmizə yerləştirib
200 dərəcədə bir tərəfi qızardıqdan sonra o biri tərəfinə çevirib
qızarınca götürürük.



İçlik üçün:

1 toyuq filesini kiçik kiçik doğrayırıq. Tavaya öncə 1 doğranmış soğan, 1
ədəd yaşıl bibər əlavə edirik və bir az qovrulunca toyuqları da əlavə
edirik. ən sonda doğranmış 2 pomidoru və bir qaşıq tomat pastasını əlavə
edib qovururuq. Duz, qara istiot, təzə kəklik əlavə edib bir stəkan su
əlavə etdiyimiz içlik bişincə badımcanların üzərinə əlavə edirik.



Üzərinə beşamel sous üçün:

2 qaşıq kərə yağını əridib üzərinə 2 qaşıq un əlavə edib qovururuq. 2
stəkan süd əlavə edirik və bişən sousa duz və qara istiot əlavə edirik.
Və üzərinə tökürük. Ən sonda üzərineə bir dilim kaşar pendiri rəndələyib
sobada bişirik.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!