Katalon sayağı omletlə resepti - FOTO RESEPT

Katalon sayağı omletlə resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 41
Qidalanarkən səhər yeməyinə xüsusi fikir vermək lazımdır.

Səhər
yeməyi insan sağlamlığı üçün çox faydalıdır. Qidalanarkən səhər
yeməyinə xüsusi fikir vermək lazımdır çünki günün necə keçəcəyi bir çox
hallarda məhz səhər yeməyindən aslıdır. Bəzən tənbəllikdən, bəzənsə
iştahsızlıqdan əksər insanlar səhər yeməyindən imtina edirlər. Əsasən də
uşaqlar səhər yeməyi yemək istəmirlər. 



Əgər hər səhər standart olaraq
yağ-pendir, şirinçay, soyutma yumurta yeməkən sıxılmısınız, yeni bir dad
axtarışındasınızsa o zaman Qadınlar.biz-in sizə təqdim etdiyi Katalon
sayağı omleti hazırlayıb səhərinizi daha dadlı edə bilərsiniz. Omletin
hazırlanması asan və tez olduğundan işə tələsən insanlarda onu
hazırlayıb yeyə bilər.



Tərkibi:

3 yumurta

2 xörək qaşığı süd.

1 xorək qaşığı kərə yağı

2 pomidor

Bir neçə dilim vetçina (hər hansı kolbasa məhsulu ilə də əvəz etmək olar)

50 q. holland pendiri

Üyüdülmüş qara istiot

Duz



Hazırlanması:

Yumurta ilə süd üzərinə zövqə görə
duz istiot əlavə olunmaqla çalınır, vetçina və pomidor xırda-xırda
doğranır, pendir əl ilə ovulur.

Kərə yağını isti tavada əridim ora südlü-yumurtalı məhlulu əlavə edərər bişirin. 







Məhlul bir az bərkidikdə üzərinə ovulmuş pendir, pomidor və vetçinanı əlavə edin.







Bir qədər qızardıqdan sonra omleti
mərkəzə doğru rulet şəklində bükməyə başlayın. Hazırladığınız omleti
isti-isti süfrəyə verə bilərsiniz.







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!