Piknik çörəyi resepti

Piknik çörəyi resepti
Yeməklər
10.09.2017 11
Təbiət qoynunda gəzintiyə gedərkən əksər insanlar müxtəlif buterbrodlar
hazırlamağa üstünlük verir. Buterbrodlar həm tez hazırlandığından, həm
də çox yer tutmaması baxımından sərfəlidir. Hər kəs buterbrodu öz ağız
dadına görə hazırlayır. Siz tərəvəzlərlə zəngin, bol vitaminli "piknik
çörəyi" hazırlayaraq həm təbiətin gözəlliyindən ilham ala, həm də
yeməyinizdən zövq ala bilərsiniz. 



Qadınlar.biz  sizə "piknik çörəyinin" hazırlama qaydasını təqdim edir. 



Tərkibi:

1 yumru çörək (təxminən 22 sm diametrli, 450 q)

5 x.q. mayonez (artıq da olar)

1,5 x.q. xardal 

300 q bişmiş kartof

1 dəstə ispanaq

2 toyuğun döş əti 

2 qırmızı şirin bibər 

1 orta ölçülü qabaq 

120 q pendir

1 orta boy badımcın 

duz, istiot zövqə görə.



Hazırlanması:

Çörəyi boşqaba qoyub üstdən 1/4-ni kəsin (qapaq kimi). İçini çıxarın,
kənarlarının qalınlığı təxminən 2 sm olsun. Bir növ küpə alınsın. 



Mayonezi xardalla qarışdırın (başqa sevdiyiniz sous da götürə
bilərsiniz), "küpə"nin iç divarına və qapağın altına çəkin. Suda bişmiş
kartofu fal-fal doğrayıb dibinə yığın. 



İspanağı doğrayıb, onun yarısını çörəyin içərisinə döşəyin. Bibəri
sobada, yaxud közdə bişirib, ispanağın üzərinə yığın. Toyuğun filesini
soyutma edib, yaxud da qızardıb, yarısını bibərin üstünə düzün. 



Qabağı fal-fal, yaxud uzununa doğrayıb qızardın. Toyuğun üzərinə qoyun.
Pendiri sürtgəcdən keçirib səpin. İspanağın qalanını da üstdən əlavə
edin. Badımcanı fal-fal doğrayıb qızardın, yaxud közdə bişirin,
ispanağın üzərinə qoyun. Toyuğun qalanını da düzüb "qapağı" örtün. 



Bu "küpə"ni qida plyonkası ilə möhkəm sarıyın, üzərinə boşqab, onun
üzərinə yük qoyun. Soyuducuda bir neçə saat, ən yaxşısı - 1 gecə
saxlayın. Bu müddətdə iç özünü tutacaq və doğrayanda
ovulub-tökülməyəcək, çörək isə için şirəsini çəkərək daha da
dadlanacaq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!