İçli blinçiklər resepti

İçli blinçiklər resepti
Yeməklər
10.09.2017 14
Tərkibi (6 pay):

4 dolu x.q. mannı yarması

1,5 st. un (300 q)

4 yumurta (2-si xəmirə, 2-si içə)

550 ml qatıq (400 ml xəmirə, 150 ml - içə)

100-120 ml su

0,5 ç.q. soda

1 ç.q. şəkər tozu

0,5 ç.q. duz

3 x.q. bitki yağı

1 baş soğan

100 q toyuq döşü

ispanaq

50 q pendir

10-15 q kərə yağı



Hazırlanması:

2 yumurtanı yüngülcə çalın, 0,5 ç.q. duz, 1 ç.q. şəkər tozu, 400 ml
qatıq, 100 ml su, 4 x.q. mannı yarması, 1,5 st. un və 0,5 ç.q. soda
əlavə edin, yaxşıca qarışdırın ki, lopa qalmasın, sonra 3 x.q. bitki
yağı qatın.



Quru, qızdırılmış tavanın tam ortasına 2-3 x.q. xəmir tökün. Xəmir yayılacaq və 10-12 sm diametrli blinçikə çevriləcək.



2 dəqiqə sonra blinçikin üzəri qabarmağa başlayacaq. Üst hissəsi də
bişən kimi (yəni duru halından bərk hala keçən kimi) blinçiki tavadan
götürüb ayrı qaba qoyun, digər blinçik üçün tavaya xəmiri eyni qayda ilə
tökün. Blinçikləri üst-üstə yığmayın, yapışacaqlar.



Blinçiklərdən sonra omleti hazırlayın: əslində içinə ürəyiniz istəyən,
sevdiyiniz digər ərzağı qoya bilərsiniz, hətta şirin də olar.



Soğanı xırda doğrayıb az miqdarda yağda qovurun. Suda bişmiş toyuq
döşünü xırda doğrayıb soğana əlavə edin, doğranmış ispanaq da qatıb
qarışdırın, 2 yumurtanı 150 ml qatıqla çalıb əlavə edin. Omleti
tərkibindəki yumurta bişənədək ocağın üstə saxlayın.



Sonra blinçiklərin ortasına bu içdən qoyub, üzərinə sürtgəcdən
keçirilmiş pendir səpin, digər blinçiklərlə üzərini qapadın, kənarlarını
azca basan kimi yapışacaq.

Göstərilən ərzaqdan 6 içli blinçik alınır.

Hər blinçikin üzərinə yumşaldılmış kərə yağı çəkin. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!