Bəzəkli pizza resepti

Bəzəkli pizza resepti
Yeməklər
10.09.2017 46
Tərkibi:

300 q mayalı xəmir

6 ədəd sevdiyiniz sosiska

ketçup

1 bolqar bibəri

200 q bərk pendir

mayonez

1 yumurta

pomidor

zeytun

ədviyyat

göyərti



Hazırlanması:

Mayalı xəmiri un
səpilmiş masada nazik yayın. Formaya qoyun. Sosisləri əvvəl uzunasına
iki yerə, sonra da eninə 3 yerə bölün. Xəmirin kənarları boyu düzün.
Xəmirin sosis qoyduğunuz kənarlarını qatlayıb möhkəm basıb yapışdırın.
Dilimlər arasında kəsiklər edin, sonra şəkildəki kimi hər "cütü" ayrı
istiqamətlərə çevirin.



Pizzanın ortasına
ketçup çəkin. Sosiska dilimlərini və doğranmış bibəri düzün. Sürtgəcin
xırda gözündən keçirilmiş pendir səpin, pomidor dilimləri, qara zeytun
düzün, göyərti səpin. Üzərinə yenə pendiri sürtgəcdən keçirin. Sonra isə
mayonezi şəbəkə çəkirmişsiniz kimi pizzanın üzərinə gəzdirin. 



Pizzanın kənarlarına yumurta çəkin. Sobada 30 dəqiqə (qızaranadək) bişirin. Üzərini ketçup və göyərti ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!