Toyuq budu dolması resepti

Toyuq budu dolması resepti
Yeməklər
10.09.2017 12
Tərkibi:

- 8 ədəd toyuq budu

- 1 stəkan göy noxud

- 2 ədəd kök

- 1 ədəd orta ölçülü kartof

- 2 xörək qaşığı rəndələnilmiş Holland pendiri

- 2 xörək qaşığı doğranmış şüyüd

- 1 ədəd orta ölçülü quru soğan

- 1 xörək qaşığı yağ

- Qara bibər

- Duz



Hazırlanması:

Toyuq
budunun uc qisimlərindəki sümüyü bıçaq köməyiylə çıxarın. Tavada yağı
əridin və xırda doğradığınız soğanları, bənövşəyiləşənə qədər
qovurun.İçinə kiçik-kiçik doğradığınız kartofları və kökləri atıb, 4-5
dəqiqə də az odda qovurun. Qovurduğunuz kartof və köklərin içinə göy
noxud, doğranmış şüyüd, qara bibər, duz və 1 stəkan su əlavə edib 15
dəqiqə bişirin. Budun uc qisimlərində olan boşluğun içinə,
hazırladığınız göy Noxudlu içlikdən 1 xörək qaşığı qoyub, ucundan
bağlayın. İçlərini doldurduğunuz budları soba qabına yerləşdirib, 1
stəkan su gəzdirin üzərlərinə. 175 dərəcəlik sobada 90 dəqiqə bişirib
plovla servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!