Kök börəyi resepti

Kök börəyi resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

2 ədəd yer kökü

4 ədəd yunan qabağı

250 qram ağ pendir

Yarım dəstə şüyüd

1 çay qaşığı qırmızı pul bibər

Duz

Qara istiot

3 ədəd yumurta

100 qram kərə yağı

Yarım litr süd

4 ədəd hazır lavaş

 

Hazırlanması:

Yer
kökünü, yunan qabağını və ağ pendiri sürtgəcdən keçirib bir qaba tökün.
Üzərinə xırda doğranmış şüyüdü, pul bibəri və  istiotu əlavə edib
qarışdırın. Yumurtaları qırıb kasaya tökün və yaxşıca çırpın. Kənarda
kərəyağını əridin, üzərinə südü əlavə edib qarışdırın. Daha sonra
yumurtanı da kərəyağı qarışığına əlavə edin. Lavaşlardan biri istisna
olmaqla, hamısını əlinizlə kiçik hissələrə bölüb yumurtalı qarışığa
qatın. Qabaq, kök və pendir qarışığını da yumurtaya əlavə edin. Hamısını
birlikdə qarışdırın. Sobaya qoyacağınızı qabın dibini yağlayın.
Saxladığınız 1 ədəd lavaşı qabın içərisinə yayın. Yumurtalı qarışığı
lavaşın üzərinə töküb yayın. 180 dərəcədə olan sobada 45-50 dəqiqə
bişirin. Bişdikdən sonra doğrayıb süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!