Kərəviz şorbası resepti

Kərəviz şorbası resepti
Yeməklər
10.09.2017 33
Sağlam qidalanma mütəxəssisləri artıq çəkidən əziyyət çəkən insanlar üçün xüsusi olaraq kərəviz şorbası hazırlayıblar.

 

Olduqca
effektiv təsir edən bu şorba qısa müddət ərzində arıqlamağa imkan
verir. Kərəviz pəhrizinin əks təsiri yoxdur. Gün ərzində istədiyiniz
qədər şorba içə bilərsiniz. Müntəzəm istifadə etdikdə kərəviz
bərpaedici, cavanlaşdırıcı və hətta detoks təsiri göstərir.

 

Kərəviz
pəhrizi 1 həftə üçün nəzərdə tutulub, bu günlər ərzində üzüm, banan və
kartofdan başqa digər meyvə-tərəvəzlərdən istənilən qədər yemək olar.
Həmçinin istənilən qədər təmiz su, qazsız mineral su, yaşıl çay və
şəkərsiz qəhvə də içmək olar. Asan həzm olunan kərəviz şorbası
yağəridən təsirə malikdir və çox faydalıdır.

 

Tərkibi:

Kərəviz sapı - 400 qram

1 ədəd soğan

Zeytun yağı

2 ədəd kartof

2 ədəd yerkökü və ya bibər

1 ədəd dəfnə yarpağı

1 ədəd təzə sıxılmış limon suyu

1 çay qaşığı zirə

Duz, qara istiot

 

Hazırlanması:

Zeytun
yağını böyük qazana töküb azca qızdırın. Sonra kub şəklində doğranmış
soğanı qızarana qədər qovurun. Üzərinə dəfnə yarpağı və zirə əlavə
edərək doğranmış kərəviz sapları əlavə edin. Bir neçə dəqiqə
istiləşəndən sonra kub şəklində doğranmış kök və kartofu qazana tökün.
Qazanın qapağını bağlayıb 4-5 dəqiqə bişirin. Daha sonra qaynar su əlavə
edərək çox zəif odda bişirin. Sonda xörəyi blenderdən keçirib sevris
edin. Üstünə limon suyu sıxaraq yeyin.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!