Toyuqlu dürmək resepti

Toyuqlu dürmək resepti
Yeməklər
10.09.2017 19
Tərkibi:

toyuq filesi

Pamidor – 1 əd

Xiyar – 1 əd

Xiyar (duzlu) -1əd

Kahı -1 əd

Ketçup

Mayonez



Xəmir üçün:

Süd – 2,5 st

Un -1 st

Yumurta – 3 əd

Şəkər tozu -1/2 x.q 

Duru yağ – 1 x.q

Duz



Hazırlanması:

Əvvəlcə yumurtanı çalırıq.Sonra növbə ilə südü,şəkər tozunu ,duzu,
bitki yağını töküb yaxşıca qarışdırdıqdan sonra unu əlavə edib bir daha
çalırıq. Tavanı qızdırıb pambığı yağa batırıb tavaya çəkib, balaca çömçə
vastəsilə xəmiri tavaya töküb tavanı fırladırıq ki, xəmir hər tərəfə
bərabər yayılsın. Fətirin hər iki üzü qızarmalıdır. Bu fətir böyük
olmalıdı. Hazırladığımız fətirə mayonez və ketçup çəkib üzərinə
doğranmış kahı qoyuruq. Tərəvəzləri samanvari doğrayıb kahının üzərinə
qoyuruq. Qızartdığımız toyuq filesini də əlavə edib üzərinə mayonez
,ketçup ,duz ,istiot vurub büküb tavada azacıq qızardıb götürürük. Hazır
olan toyuqlu dürməyi isti- isti yemək məsləhətdir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!