Badımcan basdırması resepti - FOTO RESEPT

Badımcan basdırması resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 19
Hazırlanma vaxtı: 
1 saat 35 dəqiqə

Tərkibi:


3 ədəd badımcan

3 ədəd pomidor

5 ədəd kartof

2 ədəd yaşıl bibər

2 ədəd soğan

250 qr qiymə (mal və ya qoyun əti)

keşniş

şüyüd

duz

zeytun yağı

kərə yağı



Hazırlanması:

Badımcan təmizlənir, uzun formada doğranılır duzlanır (duz vururuq ki badımcanın acısı çıxsın).
 

Bibər, pomidor, soğan uzun formada doğranılır.
 

Kartof təmizlənir, halqavari formada doğranılır.
 

Göyərti təmizlənir,yuyulur. Xırda doğranılır.
 

Qiyməyə duz vurulur, yumru katletler hazırlanır.
 

Qazan götürülür içinə zeytun yağı tökülür. Katletler qazanın dibinə düzlülür.
 

Katletlerin üstündən qatbaqat qalan ərzaqlar yığılır (hər qata duz vurulur). Ən sonda göyərti və kərə yağı tökülür.
 

Yeməyin üzərinə yarım stəkan su tökülür, qapağı tam bağlanılır və aşağı istilikdə suyu çəkilənə kimi bişirilir.
 






 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!