Kartof şato resepti - FOTO RESEPT

Kartof şato resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 31
Hazırlanma vaxtı: 
35 dəqiqə

Tərkibi:


6-8 ədəd orta ölçüdə kartof

kərə yağı

2 x/q zeytun yağı

duz

ağ istiot



Hazırlanması:

Kartof yuyulub təmizlənir.
 

İti bıçaqla, ehtiyyatla kartoflara "çəllək" forması verilir. Bu şəkildə kartof balaca görsənər və daha tez qızarar.
 

Kartofdan bu cür səliqəli formalar hazırlanır.
 

Sonra kartoflar qaynayan suya salınır və 5-7 dəqiqə bişdikdə çıxarılır.
 

Suyu süzülür.
 

Bu arada tavada zeytun yağı qızdırılır və onun içində kərə yağı əridilir.
 

Kartoflar
tavaya düzülür və qızılı rəng alana qədər hər tərəfli qızardılır. Hazır
kartof tavadan çıxarıldıqda duz və istiot vurulur.
 

Kartof Şato hazırdır! Bu çür dadlı qarnir istənilən ət yeməkləri ilə süfrəyə verilə bilər. 

 



 

 

 

 

 

 

 

 





 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!