Çörək ev şəraitində resepti - FOTO RESEPT

Çörək ev şəraitində resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 73
Hazırlanma vaxtı: 
2 saat 10 dəqiqə

Tərkibi:


1 kq əla növ un

3 stəkan ilıq su

1 x/q duz

1 ədəd yumurta sarısı

duru yağ

Mayanı hazırlamaq üçün lazım olan ərzaqlar:

10 qr maya

0,5 ç/q şəkər tozu

0,5 ç/q un



Hazırlanması:

Mayanı hazırlamaq üçün lazım olan ərzaqlar iri stəkana tökülür və qarışdırılır.
 

Üzərinə
100 qr ilıq su əlavə edilir və çay qaşığı ilə ərzaqlar tam həll olunana
kimi qarışdırılır. Hazırlanmış kütlə isti yerə qoyulur və həcmi artana
kimi gözlənilir. 
Böyük bir qaba un əlavə olunur. Üzərinə 1 x/q duz əlavə olunub əlnən qarışdırılır.
 

Maya stəkanın ağzına kimi qalxdıqda una əlavə edilir.
 

Una 3 stəkan ilıq su əlavə edilir.
 

Su əlavə edilən zaman xəmir əlnən yaxşı yoğrulur.
 

Nəticədə yumşaq xəmir alınır.
 

Alınmış xəmirin üzərinə streç folyo çəkilir. Streç folyonun əvəzinə adı mağaza paketlərindən də istifadə etmək olar.
 

Xəmir 1 saat isti yerdə saxlanılır. Bir saatdan sonra xəmir 2 qat artmış olur.
 

Çörək bişirəcəyimiz qablar unlanır.
 

Alınmış xəmir qablara əlavə edilib 20 dəqiqə bir kənarda saxlanılır.
 

Yumurtanın sarısı ağından ayrılır. Sarısının üzərinə 1 ç/q duru yağ, 1ç/q su əlavə edilib qarışdırılır.
 

Artıq 20 dəqiqə keçdikdən sonra xəmirin üzərinə mətbəx fırçasının köməyi ilə yumurta vurulur.
 

Əvvəlcədən
200°C temperaturunda isidilmiş sobada xəmir qızarana kimi bişirilir.
Çörək sobadan çıxarıldıqda üzərinə biraz su səpilir (yumşaq olması
üçün).
 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!