Toyuğun döş əti soya sousunda resepti - FOTO RESEPT

Toyuğun döş əti soya sousunda resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 27
Hazırlanma vaxtı: 
20 dəqiqə

Tərkibi:


Bir-iki porsiya üçün:

300-400 qr toyuğun döş əti (dəri ilə birgə)

1 ədəd laym (və ya limon)

100 ml soya sousu (şirin)

100 ml su

1 x/q şəkər tozu

30-50 qr kahı

2 x/q zeytun yağı



Hazırlanma:

Toyuğun
döş əti, yəqin ki, ən faydalı məhsullardan biridir. Evdə ehtiyyatda
olanda ondan çox sayda yeməklər hazırlamaq mümkündür. Ən sadə
yeməklərdən tutmuş ən mürəkkəb yeməklərə qədər. Elə bir məhsuldur ki,
ondan blinçik, pirojki, naharda — şorbalar və bulyonlar, şam
yeməklərində qızartmalar, pörtləmələr və sair müxtəlif növ yeməklər
hazırlamaq mümkündür.

Tava
bərk odda qızdırılır və yağ əlavə edilir. Toyuğun döş əti kağız
salfetlərlə qurudulur və bərk odda, hər tərəfinə 4-5 dəqiqə vaxt sərf
etməklə qızardılır.
 

Ət qızarana qədər laymlar hazırlanır (dilimlərə doğranılır), boşqaba kahı əlavə edilir.
 

Döş
əti hazır olduqda, o dəqiqə yanına soya sousu, su və laym şirəsi əlavə
edilir. Yerdə qalan laym qabıqları həmçinin ətin yanına yerləşdirilir. 
 

Hamısı
qarışdırılır və tavanın qapağını bağlayaraq bərk odda 5-7 dəqiqə
pörtlədilir. Bu vaxt ərzində ət yaxşı pörtləyəcək və eyni zamanda zərif
və sulu qalacaq.
Döş əti tavadan çıxarılır və doğranılır.
 

Yerdə qalan sous isə bərk odda qaynadılaraq qatılaşdırılır.
 

Süfrəyə
verildikdə ət hissələri boşqabda kahı
yarpaqlarının üstünə yerləşdirilir və üzərinə isti sous əlavə edilir.
Həmçinin, zövqə görə ətin üzərinə yerfındığı, qoz və ya küncüt yağı
əlavə etmək olar.
 



 

 

 

 

 

 

 

 

 

 
 

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!