Ananaslı plov resepti - FOTO RESEPT

Ananaslı plov resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 16
Hazırlanma vaxtı: 
1 saat 10 dəqiqə

Tərkibi:


1 kasa düyü

1 ədəd ananas

1 ədəd baş soğan

1/4 kasa portağal və ya ananas şirəsi

1 ç/q şəkər tozu

1 diş sarımsaq

2 ç/q zeytun yağı



Hazırlanması:

Tay mətbəxinin resepti olan bu ekzotik qarnir balıq yeməkləri ilə də süfrəyə verilə bilər. 

Düyü yaxşı yuyulur və suyu süzülür.
 

Qazana
iki stəkan su əlavə olunur. Su qaynadıqda düyü əlavə edilir.
Qarışdırmaq olmaz. Düyü əlavə olunandan sonra su yenidən qaynadıqda qaz
azaldılır və 15-20 dəqiqə düyü hazır olana qədər bişirilir.
 

Düyü bişənə qədər ananas təmizlənir, qabığı soyulur, özəyi çıxarılır və şəkildəki kimi dilimlərə kəsilir.
 

Tava tam qızandan sonra, doğranmış ananaslar tavada yağsız qızardılır.
 

Qızılı rəng alana qədər qızardılır.
 

Qızardılmış ananaslar bir kənarda soyudulur.
 

Bu arada qazandaki bişmiş düyünün qapağı bağlanıb kənara yerləşdirilir.
 

Soğan və sarımsaq xırda doğranılır.
 

Soyudulmuş ananas kubiklər formasında doğranılır.
 

Orta odda yağ isidilir, tavaya soğan və sarımsaq əlavə edilərək bir qədər qızardılır.
 

Portağal şirəsinə 1 çay qaşığı şəkər tozu əlavə edilir.
 

Tavadakı
soğanın üzərinə doğranmış ananas və portağal şirəsi əlavə edilərək orta
odda pörtlədilir. Ananas dilimləri yumşaq və şirin alınmalıdır.
 

Düyü ilə ananas qarışdırılır. 

Qarnir hazırdır! Süfrəyə verildikdə soya sousu əlavə etmək olar. 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!