Buxarda hazırlanan göyərtili qızıl balıq resepti - FOTO RESEPT

Buxarda hazırlanan göyərtili qızıl balıq resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 12
Hazırlanma vaxtı: 
20 dəqiqə

Tərkibi:


1 porsiya üçün:

100 qr qızıl balıq

20 qr müxtəlif göyərtilər

2 x/q zeytun yağı

1 ç/q limon şirəsi

bir çimdik duz

bir çimdik istiot



Hazırlanması:

Olduqca dadlı olan bu yemək nəinki qızıl balıq və ya alabalıqla, həmçinin sadə balıqlarla da çox dadlı alınar.

Göyərtilər yuyulur və qurudulur (burada: cəfəri yarpaqları, göy soğan, rukkola-"əkin indausu"). Göyərtiləri öz zövqünüzə görə seçə bilərsiniz: keşniş, şüyüd, ispanaq və s.
 

Balığın
hissəsi yaxşıca duzlanır və istiotlanır. Buxarda hazırlama tavasına ilk
öncə göyərtilər əlavə edilir, onların üzərinə isə balıq.
 


buxarda 10-15 dəqiqə bişirilir, əsas odur ki balığı qurutmayasınız. Bu
arada sous hazırlanır. Bunun üçün zeytun yağı ilə limon şirəsi
qarışdırılır.
 

Süfrəyə verildikdə boşqaba göyərti əlavə edilir, üzərinə balıq qoyulur və hazırlanan limonlu sous ilə səpilir.
 



 

 

 

 

 

 
 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!