Mal ətindən medalyon resepti - FOTO RESEPT

Mal ətindən medalyon resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 12
Hazırlanma vaxtı: 
50 dəqiqə

Tərkibi:


3 ədəd mal ətindən medalyon

3-4 zolaq bekon

1 ədəd baş soğan

1 diş sarımsaq

20 qr kərə yağı

zeytun yağı

duz

qara təzə əzilmiş istiot

pambıqdan kəndir



Hazırlanması:

Ətlər
yüngülcə çəkiclə döyülür. Yüngül döymə əti yumşaldır. Ət qızararkan
onun tərkibində olan liflər sıxılır və ət bərkiyir. Döymə nəticəsində
liflər xırda hissələrə parçalanır və mənfi effekt aradan qalxır.
 

Ətin hər bir hissəsi bekon zolağı ilə dolanıb kəndirlə bağlanır.
 

Duz və istiot vurulur.
 

Tava
yaxşı qızdırılır və az miqdarda zeytun yağı əlavə edilir. Duz və istiot
vurulmuş ətlər tavaya düzülərək üzərindən biraz sıxılır və sonra
tərpədilmir. Bir tərəfi üstə təqribən 2 dəqiqə qızardılır.
 

Ətlər
çevirilir və digər tərəfi üstə təqribən 2 dəqiqə qızardılır. Reseptdəki
ətlər orta miqdarda qızardılır, sulu və bir qədər qanlı alınır. Əgər
siz daha çox qızardılmış ət sevirsinizsə, o zaman vaxtı 3-3,5 dəqiqəyə
qədər artıra bilərsiniz (ondan çox olmaz!). Qızartma zamanı ətlər
tərpədilməməlidir.
 

Ətlər həmçinin yan tərəfi üzərində təqribən 2 dəqiqə qızardılır, tavaya əzilmiş sarımsaq və kərə yağı əlavə edilir.
 

Hissələrin üzərinə tavada əridilmiş yağ əlavə edilir.
 

Tavaya
yarı halqa şəklində doğranmış soğan əlavə edilir. Daha 2-3 dəqiqə
qızardılır və ətlərin üzərinə qızardılmış soğanlardan vurulur.
 

Ətlərə rom və ya konyak vurulur.
 

Yandırılır və spirtin tam itməsi gözlənilir.
 

Ətlər qəfəs üzərinə yerləşdirilir.
 

Sous hazırlanır. Bunun üçün ətlər bişən tavaya bir qədər qırmızı şərab və biraz yağlı qaymaq əlavə edilir.
 

Qatılaşana qədər az odda bir qədər qaynadılır.
 

Çox dadlı və ətirli alınan mal ətləri istənilən qarnirlə süfrəyə verilə bilər. 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!