Toyuq qənədləri portağal marinadında resepti - FOTO RESEPT

Toyuq qənədləri portağal marinadında resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 12
Hazırlanma vaxtı: 
1 saat 30 dəqiqə

Tərkibi:


4-5 porsiya üçün:

1 kq toyuq qənədləri

1 ədəd qırmızı baş soğan (50-100 qr)

2 diş sarımsaq

1 ədəd iri portağal (200-300 qr)

3 x/q soya sousu

2 x/q zeytun yağı



Hazırlanması:

Toyuq
qənədləri yuyulur, salfetlə qurudularaq dərin boşqaba yerləşdirilir.
Qırmızı soğan nazik halqalar formasında doğranılıb toyuğa əlavə edilir.
Portağalın qabığı nazik lent şəklində soyulur. Sarımsaq sürtkəcdən
keçirdilir və tam əzilmiş şəkildə qənədlərə əlavə edilir.



Ardınca
portağal sıxılaraq şirəsi əlavə edilir, sonra 3 x/q soya sousu və yağ.
Alınmış marinadla toyuq qənədləri yağlanaraq, hamısı yaxşı qarışdırılır.



Qənədlərin
marina olunması üçün alınmış kütlə 30-60 dəqiqə ağırlıq altında
qalmalıdır. Bunun üçün kütlənin üzərinə yastı boşqab qoyulur, boşqabın
üzərinə isə ağır əşya (misal üçün su ilə dolu banka). Beləliklə, bu
müddət ərzində hər bir qənəd marinadın şirəsi ilə hoparaq, onun dadını
və qoxusunu özündə saxlayacaq.

Soba
200°C temperaturunda qızdırılır. Tava yağlanır və ya tavanın üzərinə
bişirmə kağızı əlavə edilir, bu yapışmanın qarşısını alar.



Qənədlər
tavaya düzülür və əvvəlcədən 200°C qızdırılmış sobada 15-20 dəqiqə
bişirilir. Qənədlərin həcmindən asılı olaraq bu vaxtı azaldıb və ya
artırmaq olar. Əsas odur ki toyuq qurumasın, bu halda heç bir marinad
yardım etməz.



Süfrəyə isti-isti verilir. Süfrəyə verərkən həmçinin üzərinə limon şirəsi əlavə etmək olar.




 

 

 

 

 

 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!