Sobada tərəvəzli toyuq resepti - FOTO RESEPT

Sobada tərəvəzli toyuq resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 31
Hazırlanma vaxtı: 
1 saat 50 dəqiqə

Tərkibi:


1 ədəd toyuq

3-4 ədəd baş soğan

4-5 ədəd kartof

2 ədəd bolqar bibəri

6 ədəd badımcan

5 diş sarımsaq

4 ədəd pomidor

duz

istiot

razyana

keşniş toxumu

toyuq bulyonu

3-4 x/q əridilmiş yağ



Hazırlanması:

Lazım olan tərəvəzlər və ədviyyatlar hazırlanır.
 

Toyuq
yuyulur, qurudulur və 4 yerə kəsilir. Hissələr duzlanır, ətirli istiot
və ədviyyatlar vurulur. Reseptdə 1 ç/q razyana və 1 ç/q keşniş toxumu
qəhvəüyüdəndən keçirdilərək istifadə edilib.

Tavanın dibinə doğranmış soğan, üzərinə toyuq hissələri düzülür.
 

Kartof yuyulur, təmizlənir və iri hissələrə doğranılır. Toyuq əti kimi, kartoflarda duzlanır və ədviyyatlarla səpilir.
 

Doğranmış
sarımsaq əlavə edilir. Ardınca kubik formasında doğranmış bibər və
badımcan ədviyyatlarla səpilib tavaya əlavə edilir.
 

Üstdən dairəvi formada doğranmış pomidor dilimləri düzülür, bir qədər sarımsaq və bir çömçətoyuq bulyonu əlavə edilir.
 

Əvvəlcədən 200-220°C temperaturunda qızdırılmış sobada 1,5 saatlıq bişirilir.
 

Bu müddət ərzində tərəvəzlər tam hazır olacaq və toyuq hissələri qızaracaq. Artıq isti-isti süfrəyə vermək olar.




 

 

 

 

 

 

 

 Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!