Kartoflu zapekanka resepti

Kartoflu zapekanka resepti
Yeməklər
10.09.2017 21
Tərkibi:

9 ədəd kartof

1 ədəd iri soğan

350 q mal əti

Yarım st. bişmiş ətin suyu

3 ədəd yumurta

3 xörək qaşığı xama

100 q pendir

6-7 qaşıq duru yağı

Duz, istiot

Çəkilmiş suxarı



Hazırlanması:

İlk olaraq mal ətini bişməyə qoyuruq.

Sonra kartofu bişiririk.

İndi isə bişmiş kartofu əzirik.

Soğanı xırda-xırda doğrayırıq.

Duru yağda rəngi dəyişənə qədər qovururuq.

İndi isə bişmiş ətin üzərinə qovrulmuş soğanı əlavə edin.

Sonra blenderlə əzin.

İndi isə əzilmiş ətin üzərinə ətin suyunu əlavə edin.

Sonra isə yumartaları əlavə edin və azca duz səpin, yaxşıca qarışdırın.
İndi isə soba qabınızı yağlayın, sonra isə çəkilmiş suxarı səpin.

İndi qat-qat düzəltməyə başlayırıq. 1-ci qat: Kartofun yarısını qoyuruq.

2-ci qat: Bişmiş əti yerləşdiririk.

3-cü qat: Yenə kartofu qoyuruq.

4-cü qat: Xama çəkilir, sonra da çəngəllə naxış kimi dəliklər edirik.

5-ci qat: Rəndələnmiş pendiri səpirik. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada qızılı rəng alana qədər bişirin.

Yeməyimiz hazırdır.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!