Bolonyeze sousu resepti - FOTO RESEPT

Bolonyeze sousu resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 10
Hazırlanma vaxtı: 
1 saat

Tərkibi:


500 qr bişmiş ət qiyməsi

500 ml tomat sousu

2 x/q tomat pastası

1 dəstə cəfəri

1 ədəd baş soğan

3 diş sarımsaq

1 x/q qurudulmuş qaraqınıq (oreqano)

200 ml yağlı qaymaq

zeytun yağı

duz

qara istiot

muskat

300 qr makaron (farfalle)



Hazırlanması:

Bolonyeze (ital.-Ragù alla bolognese) - makaronlar üçün olan ətli sousdur. Reseptdə istifadə edilən hazır qiyməni kartoflu zrazı reseptində olduğu kimi hazırlaya bilərsiniz.

 

Makaronlar paketin üzərində qeyd edildiyi kimi bişirilir. Soğan xırda doğranılır. 
Soğan zeytun yağında qızardılır.
 

Qiymə və qaymaq əlavə edilir. Yaxşı qarışdıraraq az odda 10 dəqiqə bişirilir. Qaymaq qaynamamalıdır.
 

Tomat sousu, tomat pastası, xırda doğranmış cəfəri və qaraqınıq əlavə edilir.
 

Yaxşı qarışdırılır. Daha 10 dəqiqə pörtlədilir. Duz, istiot və muskat əlavə edilir. Qarışdırılır.
 

Sous hazırdır. Sevimli makaronlarla birgə süfrəyə vermək olar. 




 

 

 

 

 

 



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!