Toyuqlu ləziz simit resepti

Toyuqlu ləziz simit resepti
Yeməklər
10.09.2017 15
Tərkibi:

Yarım dəstə kərəvizin yarpaqsız hissəsi

Krem pendir - 200 qr

Qaynadılmış və didilmiş toyuq filesi - 300qr

Toyuq ədviyyatı - 1 ç.q.

Hazır yağlı xəmir (milföy) - 1 paket



Hazırlanması:

Kərəviz
bu yeməyə ayrı bir dad verir. İlk öncə kərəvizin yarpaqsız hissəsini
xırda-xırda doğrayırıq.Qaynadılmış, didilmiş toyuq filesini, krem pendir
və toyuq ədviyyatını blenderlə qarışdırırıq.İndi işin bir az çətin
qisiminə gələk. Hazır yağlı xəmirləri aşağıdakı şəkildə kəsirik.Daha
sonra qarışığı yenə şəkildəki kimi xəmirin içinə yerləşdiririk.İndi bir
az əl bacarığı ilə, həmçinin, bir az səbir ilə xəmiri bükürük və tam bir
çevrə şəkli alınır.

180 dərəcədə qızdırdığımız sobada yağlı kağız üzərində 15-20 dəqiqə rəngi bir az qızağarana qədər bişirin.

(İstəsəniz üzərinə yumurta sarısı vurar və küncüt səpib sonra sobada bişirin.) Toyuqlu simit hazırdır.

 

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!