Çiçək bulka resepti - FOTO RESEPT

Çiçək bulka resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 23
Tərkibi:

1 stəkan süd (ilıq olacaq)

1 stəkan su

1 stəkan zeytun yağı

2 yumurta (birinin sarısı ayrılacaq)

1.5 yemək qaşığı şəkər

1.5 şirin qaşığı duz

6-7 stəkan arası un

Yarım paket yaş maya (21 qr.)



İçlik üçün:

3 ədəd qaynadılmış kartof

100 qr. ağ pendir

1 dəstə cəfəri

duz, istiot

Qırmızı bibər

Ayrıca: Qara zeytun



Hazırlanmsaı:

Xəmir üçün maye vəsaitləri, duzu şəkəri və mayanı qarışdırın. Unu yavaş
yavaş əlavə edərək qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun.
Üzərini örtüb mayalanana qədər gözlədin.

Mayalanan xəmirdən orta boy naringi böyüklüyündə parçalar götürüb
yüngül unlanmış zəmində nəlbəkidən bir az böyük olacaq şəkildə açın.

Orta qisimi kəsmədən, bıçaqla qarşılıqlı dörd kəsik atın. Hər yarpağın
ortasına kartoflu içdən qoyun və yarpaqların uclarını birləşdirin. Digər
3 yarpağa da eyni əməliyyatı tətbiq edin və bağladığınız ucları orta
qisimə doğru basdırın.

Orta qisimə bütün halda bir zeytun yerləşdirin.

Qalan kündələri də eyni şəkildə hazırlayın. Bulkaları soba qabına
məsafə qoyaraq düzün və bir müddət özünü tutması üçün gözlədin.

Mmayalanan bulkaların üzərinə yumurta sarısı sürüb 180 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.

Sobadan çıxardıqdan sonra pambıq bir bezə üzərini örtün.




 

 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!