Steyk Ribay resepti - FOTO RESEPT

Steyk Ribay resepti - FOTO RESEPT
Yeməklər
10.09.2017 38
Hazırlanma vaxtı: 
25 dəqiqə

Tərkibi:


2 ədəd ribay (malın qabırğa hissəsinin ət parçası)

duz

istiot

sarımsaq

10 qr zeytun yağı



Hazırlanması:

Hər kəsin bildiyi bifşteks və langet - steyk növləridir. Steyk ingilis dilindən tərcümədə "steak" - hissə deməkdir, beləliklə bifşteks ingiliscə "beef" (mal) və "steaks" (hissələr))
mənasındadır. Ribay (ing."ribeye") - heyvanın qabırğa hissəsindən
çıxarılan ət parçasıdır. Ribaydan hazırlanan steyk olduqca dadlı və
ləzzətli olur, əsas isə onu düzgün hazırlamaqdır.

 

Tava maksimum dərəcədə qızdırılır. Xüsusi manqalvari dibi olan tava ilə steyk daha gözəl alınır.
 

Tava qızarkən, ət iki tərəfli mətbəx çəkici ilə yüngülcə vurulur.
 

Sonra ətə hər tərəfli əzilmiş sarımsaq çəkilir, duz və istiot vurulur.
 

Ardınca
ətlər qaynar tavada iki tərəfli qızardılır. Adi tavada ətin hər
tərəfinə 40 saniyə vaxt ayırmaq olar. Qızartma zamanı ət tərpədilmir.
 

O birisi üzünə çevirib yenidən 40 saniyə qızardırıq.
 

Sonra
steyklər çıxarılıb boşqaba əlavə edilir. Hərəsinin üzərinə 5-7 qr kərə
yağı, yanına isə zövqə görə bir dəstə tərxun qoyulur. Boşqab folqa (və
ya digər qabla) bağlanıb 10 dəqiqə saxlanılır.
 

Süfrəyə verərkən yanında qarnir kimi qızardılmış kartof və kahı vermək olar. 




 

 

 

 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!